Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında, Laqodexi rayonu ərazisində iki dəfə zəlzələ baş verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Gürcüstan Yer Elmləri İnstitutunun Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Bildirilir ki, birinci zəlzələ iyulun 28-də Tbilisi vaxtı ilə saat 03:48-də Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında Laqodexi rayonu ərazisində 4,3 bal gücündə olub. İkinci zəlzələ də həmin ərazidən bir qədər aralı, sərhədə daha yaxın ərazidə maqnitudası 4 bal gücündə qeydə alınıb.