ABŞ demokratikləşməyə və iqtisadi sabitliyin qorunmasına yönəlmiş islahatları dəstəkləmək üçün Ermənistana 120 milyon dollar qrant verəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Armenia Today” məlumat yayıb. Qeyd olunur ki, Ermənistan hökuməti 2022-ci il iyunun 29-da imzalanan sazişi təsdiqləyib. Qrant vəsaitləri ayrı-ayrı tranşlarla köçürüləcək.
Məlumdur ki, demokratiyanın inkişafı üçün 68 milyon 556 min dollar, iqtisadi təhlükəsizliyin yaxşılaşdırılması üçün isə 51 milyon 435 min dollar nəzərdə tutulub.