Türkiyənin Mardin şəhərində yeni antiterror əməliyyatı başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi “Hürriyət”ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Əməliyyatda 544 nəfərlik şəxsi heyət iştirak edir.
"Eren Abluka-26" əməliyyatı şəhid Mehmet Acarın xatirəsinə həsr olunub.
Əməliyyat nəticəsində 3 terrorçu zərərsizləşdirilib.