“Ermənistanda koronavirusla bağlı vəziyyət pisləşərsə, yeni məhdudlaşdırıcı tədbirlər görməyə hazırıq”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anait Avanesyan iyulun 28-də keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, son həftələr koronavirusa yoluxanların sayı artır.
Qeyd edək ki, bu həftə Ermənistanda koronavirusa yoluxanların sayı 965 nəfər artıb, bu müddətdə COVID-19-dan 7 nəfər ölüb. Hazırda 1 144 nəfər aktiv xəstə var. Ümumilikdə 425 365 nəfərin yoluxduğu qeydə alınıb.