İngiltərədə son 111 ilin ən quraq iyul ayı qeydə alınıb

A- A A+

2022-ci ilin iyul ayı İngiltərədə son 111 ildə ən quraq ay hesab olunub.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Böyük Britaniyanın Meteorologiya Xidməti bildirib.

Qeyd olunub ki, ayın əvvəlindən İngiltərəyə cəmi 15,8 millimetr yağıntı düşüb ki, bu da 1911-ci ildən bu yana ən aşağı göstərici olub.

Ümumilikdə, Böyük Britaniya üçün isə iyul ayı 1984-cü ildən bəri ən quraq ay olub.

Eyni zamanda, bu ay bir neçə dəfə İngiltərə üçün ən yüksək temperatur qeydə alınıb. İyulun 19-da London yaxınlığında havanın temperaturu 40,2 dərəcəyə çatıb. Bundan əvvəlki rekord (38,7 dərəcə) 2019-cu ildə qeydə alınmışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: