Türkiyə ordusunun əsgəri İraqın şimalında keçirilən "Pençe-Kilit” əməliyyatı zonasında terrorçularla atışmada həlak olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə iyulun 28-də baş verib. Türkiyə ordusunun əsgəri terrorçuların açdığı atəş nəticəsində ağır yaralanıb. O, xəstəxanaya yerləşdirilsə də, yaralının həyatını xilas etmək mümkün olmayıb.
Nazirlik əsgərin ölümü ilə bağlı başsağlığı yayıb.