Yaponiya hökuməti Rusiyanı Cənubi Kuril adalarını hərbi təlimlərin keçiriləcəyi zonadan çıxarmağa çağırıb
Yaponiya hökuməti Rusiyanı Cənubi Kuril adalarını hərbi təlimlərin keçiriləcəyi zonadan çıxarmağa çağırıb. Bu barədə müvafiq təqdimat diplomatik kanallar vasitəsilə Moskvaya çatdırılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibinin müavini Yosihiko İsozaki mətbuat konfransı zamanı məlumat verib.
“İyulun 27-də biz diplomatik kanallar vasitəsilə Rusiyaya şimal ərazilərində keçiriləcək hərbi təlimlərin ərazi məsələsi ilə bağlı Yaponiyanın mövqeyinə qarşı olması barədə təqdimat göndərmişik”, - deyə baş katibin müavini bildirib. Əlavə edib ki, Yaponiya hökuməti Cənubi Kuril adalarını hərbi təlimlər zonasından çıxarmağa çağırıb.
Y.İsozaki qeyd edib ki, Tokio Ukrayna ətrafında yaranmış vəziyyətdən sonra Rusiya hərbçilərinin regionda fəallaşmasından narahatdır.