İyulun 29-da Qudauridə sərhəd polisi helikopterinin qəzaya uğraması nəticəsində səkkiz nəfərin faciəli şəkildə həlak olması ilə əlaqədar iyulun 30-da Gürcüstanda matəm elan olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili müvafiq qərar imzalayıb.
Qərara əsasən, iyulun 30-da ölkə ərazisində dövlət bayraqları endiriləcək.
Hökumət başçısı həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Həlak olanların ailələrinə müvafiq köməklik göstəriləcəyi bildirilir.