Türkiyə Milli Kəşfiyyat İdarəsinin Suriyada keçirdiyi əməliyyat nəticəsində PKK terror təşkilatının üzvü Nüsrət Tebiş zərərsizləşdirilib.
NUHÇIXAN İnformasiya Agentliyi “Anadolu”ya istinadən xəbər verir ki, o, "nöqtə əməliyyatı" nəticəsində məhv edilib.
Qeyd edək ki, Nüsrət Tebiş 2008-ci ildə Güngörəndə törədilən terrorun şübhəlilərindəndir. Güngörəndə terrorçu bombalı hücumu nəticəsində 17 nəfər ölmüş, 90 nəfər yaralanmışdı.