Kosovonun serb əhalisi barrikadalar qurur

A- A A+

Kosovo hökumətinin bu ölkədəki serblərə qarşı yeni qaydalar tətbiq etməsi bölgədə gərginliyin yenidən artmasına səbəb olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yeni qaydalara əsasən, avqustun 1-dən etibarən Serbiyaya məxsus şəxsiyyət vəsiqəsi və pasportları olanların Kosovoya girişi qadağan olunur. Kosovoya daxil olan serblərə 90 gün qüvvədə olan icazə sənədi veriləcək.

Kosovo serbləri bu qaydalara etiraz əlaməti olaraq ölkənin şimalında Serbiya ilə sərhədə gedən yolu avtomobillərlə bağlayıblar, yollarda barrikadalar qurulub. Kosovo polisi isə Brnyak və Yarinye sərhəd-keçid məntəqələrini bağlayıb. Kosovo mətbuatı bəzi yerlərdə atəş səslərinin eşidildiyini, əsasən polis qüvvələrinin hədəf alındığını, lakin xəsarət alan olmadığını yazıb. Alban əsilli vətəndaşların da hücuma məruz qaldığı, onların nəqliyyat vasitələrinə xəsarət yetirildiyi bildirilib.

Serbiyanın Müdafiə Nazirliyi ordunun ölkənin inzibati sərhədini keçmədiyini açıqlayıb. Bildirilib ki, bəzi media resurslarında Serbiya Ordusu ilə Kosovo polisi arasında gərginliyin yaşandığına dair yayılan məlumatlar dezinformasiyadır.

Serbiya Prezidenti Aleksandr Vuçiç isə Kosovo serblərinin belə zülmə dözməyəcəklərini deyib. O, ölkəsinin münaqişələrə səbəb olan və münaqişə istəyən tərəf olmadığını da vurğulayıb.

Qeyd edək ki, Serbiya-Kosovo münasibətlərinin normallaşdırılması üçün 2011-ci ildə Avropa İttifaqının vasitəçiliyi ilə dialoq prosesinə başlanılıb. Lakin müxtəlif illərdə iki ölkə arasında gərginlik yaşanıb.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: