Türkiyənin xarici işlər naziri Özbəkistana səfər edəcək

A- A A+

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu avqustun 2-də Özbəkistana səfər edəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı Türkiyənin Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, nazir Mövlud Çavuşoğlunun səfərinin əsas məqsədi Daşkənddə keçiriləcək Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşündə iştirak etməkdir.

Nazirlər Xəzər dənizindən keçməklə Orta Dəhliz başda olmaqla, üç ölkə arasında gündəlikdə aktual duran məsələləri koordinasiya etmək və ortaq əməkdaşlıq üçün digər məsələlərin müzakirəsi üçün bir araya gələcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: