Türkiyənin təhlükəsizlik qüvvələri daha bir uğurlu antiterror əməliyyatı keçirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, aparılan əməliyyat nəticəsində "Berxvedan Muş" ləqəbli təhlükəli terrorçu Armanı zərərsizləşdirilib.
PKK sıralarındakı fəaliyyətinə görə 2012-ci ildə Türkiyədə həbs olunan "Berxvedan Muş" qısa müddət sonra sərbəst buraxılıb və 2013-cü ildə yenidən PKK/YPS terror təşkilatlarının sırasına daxil olub. Bir sıra ağır terror cinayətlərində ittiham olunan "Berxvedan Muş" 2019-cu ildən başlayaraq Suriyanın Aynularab bölgəsində terror təşkilatının tunelqazma kimi qanunsuz işlərinə rəhbərlik edib.