ABŞ hakimiyyəti Ukraynaya 550 milyon dollarlıq yeni hərbi yardım paketi təqdim etmək niyyətindədir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ağ evin strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi məlumat verib.
Onun sözlərinə görə, növbəti hərbi yardım paketinə HIMARS reaktiv yaylım atəş sistemləri və 155 mm-lik artilleriya qurğuları üçün sursatlar daxildir.