Türkiyədə meymunçiçəyi virusuna yoluxanların sayı artaraq 5-ə çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Qeyd olunub ki, xəstələrdən dördünün müalicəsi başa çatıb. Bir nəfər isə karantinə alınıb.
Xəstəlik müddətində yoluxanların yaxınları da müvəqqəti təcrid olunublar.
Türkiyə üçün bu xəstəliklə bağlı heç bir epidemiya riskinin olmadığını deyən nazir bunun səbəbini virusun qapalı mühitdə çox yaxın təmas və ya uzunmüddətli təmas vasitəsilə keçməsi ilə izah edib.