Rusiya və Türkiyə prezidentləri Soçi görüşü zamanı Ukrayna və Suriyada vəziyyəti, iqtisadi və regional məsələləri müzakirə edəcəklər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 5-də Rusiyaya işgüzar səfər edəcək. Rusiya Prezidenti Vladimir Putinlə Soçidə baş tutacaq görüşdə ikitərəfli münasibətlər, regional problemlər, Ukrayna limanlarından taxıl daşınması və digər məsələlər müzakirə olunacaq.