Avqustun 2-də Lvov vilayətinin ərazisinə raket zərbələri endirilib. Raketlər Çervonoqrad rayonuna düşüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Lvov Hərbi Vilayət Administrasiyasının rəhbəri Maksim Kozitski məlumat verib.
“İlkin olaraq raket zərbəsi nəticəsində Çervonoqrad rayonu ərazisində partlayış baş verib”, - deyə Maksim Kozitski əlavə edib.
Raket zərbələri nəticəsində itkilər barədə əlavə məlumat verilmir.