Vaşinqton Rusiya Müdafiə Nazirliyinin Ukraynada məhv edildiyi iddia edilən “HIMARS MLRS” ilə bağlı yayılan məlumatları təkzib edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
“Müdafiə naziri Şoyqunun son iddialarından xəbərdarıq. Bildirmək istərdik ki, bu yenə də açıq-aşkar yalandır”, - deyə Pentaqonun sözçüsü vəzifəsini icra edən Todd Bressail bildirib.
Eyni zamanda o, əlavə edib ki, Ukrayna HIMARS sistemindən yüksək dəqiqliklə və səmərəli şəkildə istifadə edir.
Xatırladaq ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada al6 "HIMARS" və 33 "M777" haubitsasının məhv edildiyini açıqlayıb.