Monteneqronun paytaxtı Podqoritsa şəhərindən 4 kilometr uzaqlıqda yerləşən və ölkədə “Niaqara şəlaləsi” kimi tanınan şəlalə quruyub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyul ayında Monteneqroda müşahidə olunan anomal istilər Podqoritsa yaxınlığında, ölkənin ən məşhur istirahət gəzinti zonasında yerləşən “Niaqara şəlaləsi”nin tamamilə qurumasına səbəb olub.
Şəlalənin Çiyevna çayının suyunun azalması səbəbindən quruduğu bildirilib.