Rusiya Ukrayna böhranını öz şərtləri əsasında diplomatik yolla həll etmək istəyir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, rəsmi Moskvanın şərtləri İstanbul görüşündə Rusiya və Ukrayna nümayəndə heyətləri tərəfindən razılaşdırılıb. O, həmçinin ötən həftə Moskvaya səfər etmiş Almaniyanın sabiq kansleri Gerhard Şröderin bu məsələdə vasitəçilik rolunu təkzib edib və deyib ki, Şröder özü də belə bir təklif irəli sürməyib.
D.Peskov Şröderin Moskva səfəri zamanı Prezident Vladimir Putinlə görüşdüyünü və energetika sahəsində məsələləri müzakirə etdiyini də təsdiqləyib.