NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistanın paytaxtı İrəvanda, hökumət binası qarşısında aksiya olub.
Məlumata görə, paytaxt polisinin əməkdaşları hakimiyyətə etiraz edən qadına qarşı zorakılıq tətbiq ediblər. Bundan sonra o, polis bölməsinə aparılıb. Asayiş keşikçiləri bundan sonra hakimiyyətə dinc etiraz edən qadının saxlanılması səbəblərini polisdən açıqlamağı tələb edən fəal Ovannes İşxanyanı da saxlayıblar.
Məlumata görə, polis əməkdaşları tərəfindən daha bir neçə nəfər saxlanılıb.