NUHÇIXAN İnformasiya Agentliyi "Sky News"a istinadən xəbər verir ki, Böyük Britaniya Ukraynaya daha 3 milyard funt-sterlinq yardım paketi ayıracaq.
Məlumata görə, Böyük Britaniyanın maliyyə naziri Nadim Zahavi ölkənin İxrac Maliyyəsi (UKEF) dövlət agentliyi vasitəsilə Ukraynaya ixracdan əvvəl maliyyələşdirmənin təmin edilməsi qərarını dəstəkləyib.
Qeyd edilir ki, vəsaitin bir hissəsi hərbi dəstəyə yönəldiləcək.
Eyni zamanda vəsaitin 2,3 milyard funtunun müdafiə ehtiyaclarına göndərilməsi planlaşdırılır. Qalan 700 milyon funt-sterlinq isə müharibədən sonrakı bərpa işlərində Ukraynaya kömək etmək istədiklərini bəyan edən şirkətlərə veriləcək.