Türkiyə Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin komandanları təqaüdə göndərilib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Yüksək Hərbi Şuranın iclasının nəticələrinə dair açıqlamasında deyib.
O qeyd edib ki, Atilla Gülhan Hərbi Hava Qüvvələrinin, Ercüment Tatlıoğlu isə Hərbi Dəniz Qüvvələrinin yeni komandanı təyin olunublar.
Bundan əlavə, 16 general və admiral daha üst rütbəyə yüksəldilib. 40 general və admiralın səlahiyyət müddəti bir il uzadılıb, 38 general və admiral təqaüdə çıxıb.