Ukrayna limanlarında gözləyən taxıl və digər ərzaq məhsullarının daşınması ilə əlaqədar Birgə Koordinasiya Mərkəzinin intensiv işi nəticəsində avqustun 5-də daha üç gəminin yola düşməsi planlaşdırılır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
Ukraynanın müdafiə naziri Oleksey Reznikov və infrastruktur naziri Aleksandr Kubrakov ilə ayrı-ayrılıqda görüşdüklərini qeyd edən nazir bildirib ki, bu danışıqlar zamanı taxılın daşınması ilə bağlı aparılan araşdırmalar və son vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.