Ukrayna Baş Qərargahı: "Rusiyanın hərbi itkiləri 42 minə çatır"

205

“Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 41 900 hərbçisi məhv edilib”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusunun digər döyüş itkiləri 1 802 tank, 4 051 zirehli döyüş maşını, 955 artilleriya sistemi, 260 reaktiv yaylım atəşi sistemi, 127 hava hücumundan müdafiə sistemi, 223 təyyarə, 191 helikopter, 744 PUA, 182 qanadlı raket, 15 gəmi, 2 970 avtomobil texnikası və avtosistern, 85 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: