ABŞ prezidenti Co Bayden çərşənbə axşamı, avqustun 9-da İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolları imzalayacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ABŞ liderinin avqustun 9-u üçün Ağ Ev tərəfindən yayılan qrafikində deyilir.
"Günün ikinci yarısında prezident çıxış edəcək və Finlandiya Respublikası və İsveç Krallığının Şimali Atlantika Müqaviləsinə qoşulması haqqında protokolların ratifikasiya sənədlərini imzalayacaq", - deyə qrafikdə bildirilir.
Mərasim Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.