Rusiya neftinin Ukrayna ərazisindən tranziti dayandırılıb

A- A A+

Rusiya neftinin “Drujba” kəməri vasitəsilə Ukrayna ərazisindən tranziti avqustun 4-dən dayandırılıb.

NUHÇIXAN İnformasiya Agentliyi  xəbər verir ki, bu barədə Rusiyanın “Transneft” şirkəti məlumat yayıb.

Bildirilib ki, kəmərin Belarus ərazisindən keçərək Polşa və Almaniyaya neft daşıyan Şimal qolu əvvəlki rejimdə işləyir.

“Transneft” və “Ukrtransneft” arasında imzalanmış uzunmüddətli saziş əsasında “Drujba” neft kəmərinin Cənub qolu vasitəsilə Ukrayna ərazisindən keçərək Macarıstan, Slovakiya və Çexiyaya neft tranzit edilirdi.

“Ukrtransneft” Ukrayna ərazisindən neft tranzitini ödəniş edilməməsi səbəbindən dayandırıb. Rusiya tərəfi isə sanksiyalara görə tranzit ödənişlərini vaxtında həyata keçirə bilmədiyini elan edib. “Transneft”dən bildiriblər ki, Ukrayna sanksiyalara görə iyulun 28-də neft tranziti üçün əvvəlcədən ödənilmiş məbləği şirkətin hesabına qaytarıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: