Ukrayna Silahlı Qüvvələri Türkiyəyə məxsus “Kirpi” zirehli transportyorlarının yeni partiyasını qəbul edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Kaxovka” Əməliyyat Qrupunun feysbuk səhifəsi məlumat yayıb.
Ukraynanın dəniz piyadaları korpusunun iki briqadası artıq bu maşınların 50-ni istifadə edir. Tezliklə daha 150 ədəd transportyorun çatdırılması nəzərdə tutulur.