Son iki gün ərzində Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriya ərazisində 16 terrorçu zərərsizləşdirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Avqustun 10-da Suriyanın şimalında Türkiyənin Mardin vilayətinə sərhəd bölgədə hücum edərək əraziyə sızmağa cəhd edən 9 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Daha bir təxribatın qarşısı avqustun 9-da alınıb. Burada Mardin Kızıltəpə sərhəd xəttinə hücum hazırlığında olan 7 terrorçu zərərsizləşdirilib.