Sınaq və təlimlərdəki müvəffəqiyyəti ilə diqqət çəkən Türkiyənin ilk silahlı pilotsuz dəniz vasitəsi (SİDA) ULAQ-ın seriya istehsalına başlanılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyənin müdafiə sənayesinin əsas şirkətlərindən olan “Meteksan” və “Ares” Gəmiqayırma Zavodu tərəfindən ölkənin ilk SİDA-sı olan ULAQ layihəsi uğurla tamamlanıb. Bunun ardınca adıçəkilən dəniz vasitəsinin daha təkmilləşdirilmiş versiyanın istehsalına başlanılıb.
2018-ci ildən həyata keçirilməyə başlanılan layihənin 2020-ci ildə dəniz və quru sınaqlarına start verilib. ULAQ 2021-ci ildə Türkiyədə keçirilən təlimlərə təqdim edilən texnikaların sırasına əlavə olunub.
Prototip formatda istehsal edilən və uzunluğu 11 metr olan ULAQ uzaqdan idarəedilən qayıqdan daha çox, öz-özünü idarə edən nəqliyyat vasitəsidir.