Qarabağda məhv edilmiş erməni əsgərlərin valideynləri Ermənistan Müdafiə Nazirliyinin qarşısında aksiya keçiriblər
İkinci Qarabağ müharibəsi zamanı məhv edilən hərbçilərin valideynləri avqustun 10-da səhər saatlarından Ermənistan Müdafiə Nazirliyinin binası yaxınlığında etiraz aksiyası keçiriblər.
NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan mətbuatına istinadla xəbər verir ki, aksiya zamanı valideynlərin nazirliyin ərazisinə daxil olması nəticəsində vəziyyət gərginləşib. Hərbi polis əməkdaşları ilə danışıqlardan bir neçə dəqiqə sonra etirazçılar ərazini tərk ediblər. Onlardan bəziləri bildirib ki, həmin vaxt Ermənistanın müdafiə naziri Suren Papikyan yerində olmayıb.
44 günlük müharibədə övladlarının “müəmmalı şəkildə ölümə” göndərildiyini iddia edən Razmik Xaçaturyan indiyədək övladlarının beşinci müdafiə eşalonundan ikinci eşalona göndərilməsinə kim tərəfindən və nə üçün əmr verildiyinə cavab tapmayıblar. Onlar bildiriblər ki, övlad itkisinə məruz qalan vətəndaşlar olmalarına baxmayaraq onları qəbul edib dinləyən yoxdur.