Türkiyədə mülki təlim təyyarəsi qəzaya uğrayıb

A- A A+

Türkiyənin Afyonkarahisar vilayətində mülki təlim təyyarəsi qəzaya uğrayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ilkin məlumata əsasən, qəza nəticəsində təyyarədə olan iki nəfər xəsarət alıb. Onlar bölgədəki xəstəxanaya çatdırılıblar.

Hadisə Afyon Kocatepe Universitetinin heyvan ferması ərazisində baş verib.

Qəza ilə bağlı hələ açıqlama verilməyib.

Faktla bağlı araşdırma başladılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: