MDB-nin növbəti sammiti 2019-cu il oktyabrın 11-də Aşqabadda keçiriləcək. Bu barədə təklif Türkmənistan tərəfdən gəlib.
NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu MDB icraiyyə komitəsinin rəhbəri Sergey Lebedev təşkilatın Düşənbədə keçirilən sammitinin geniş tərkibli iclasında bildirib.
Onun sözlərinə görə, məhdud tərkibdə keçirilən iclasın gedişində dövlət başçıları Birliyin aktual məsələləri barədə fikir mübadiləsi aparıblar.
“Türkmənistanın 2019-cu ildə MDB-yə sədrliyi barədə qərar qəbul olunub. Həmsədrliyi isə Tacikistan və Özbəkistan həyata keçirəcək”, - deyə S.Lebedev əlavə edib.