Xerson vilayətində Rusiya ordusunun silah anbarı məhv edilib.
NUHÇIXAN İnformasiya Agentliyi UNİAN-a istinadla xəbər verir ki, bu barədə Cənub Operativ Komandanlığı məlumat verib.
Qeyd olunur ki, ötən sutka Ukrayna aviasiyası Xersonda 2 reyd keçirib. Nəticədə Rusiyaya məxsus 2 silah anbarı və 4 zirehli texnika məhv edilib, 19 hərbçi zərərsizləşdirilib.