Ukrayna Ali Radası ölkədə hərbi vəziyyəti və ümumi səfərbərliyi yenidən 90 gün müddətinə uzadıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Səs” fraksiyasından olan deputat Yaroslav Jeleznyak teleqram səhifəsində bildirib.
Qeyd olunub ki, parlament bu gün hərbi vəziyyətin uzadılması haqqında 7664 saylı qanun layihəsini, eləcə də ümumi səfərbərlik müddətinin uzadılması haqqında 7665 saylı qanun layihəsini qəbul edib.
Hər iki sənədi 328 deputat dəstəkləyib.
Beləliklə, hərbi vəziyyət və səfərbərliyin müddəti avqustun 23-dən sonra daha 90 gün, yəni noyabrın 21-dək uzadılıb.