Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) ölkənin cənub və mərkəzi hissəsində yerləşən 11 hava limanında uçuşların məhdudlaşdırılması rejiminin müddətini avqustun 23-dək uzadıb.
NUHÇIXAN İnformasiya Agentliyi “Rosaviasiya”ya istinadən xəbər verir ki, Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına uçuşlar məhdudlaşdırılıb.
Xatırladaq ki, Rusiyanın cənub və mərkəzində yerləşən hava limanlarına uçuşların məhdudlaşdırılması rejimi fevralın 24-dən etibarən tətbiq edilir. Rejimin müddəti artıq ardıcıl 29-cu dəfədir ki, uzadılır. “Rosaviasiya” aviaşirkətlərə uçuşları alternativ marşrutlarla təşkil etməyi tövsiyə edib.