Türkiyənin Milli Kəşfiyyat İdarəsi Suriyada növbəti antiterror əməliyyatı keçirib.
NUHÇIXAN İnformasiya Agentliyi “Anadolu”ya istinadən xəbər verir ki, nəticədə PKK terror qruplaşmasının rəhbərliyində təmsil olunan Muhsin Yağan zərərsizləşdirilib.
O, PKK-nın “əyalət səlahiyyətlisi” olub.
Terrorçunun kod adı “Dijvar Silopi” olub.