Türkiyə Silahlı Qüvvələrinin FETÖ/PDY terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçuların saxlanılması istiqamətində növbəti əməliyyata başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən üç vilayətdə keçirilən əməliyyatlar zamanı Türkiyə Silahlı Qüvvələrinin terror təşkilatları ilə əlaqə saxlamaqda şübhəli bilinən 14 üzvünün saxlanılması barədə qərar qəbul edilib.
Şübhəlilərin terror təşkilatının gizli xəbərləşmə üsullarından biri olan taksofon-bufet telefonlarından istifadə edərək əlaqə saxladıqları müəyyənləşib.
Başqa bir əməliyyat isə Türkiyənin Adana vilayətində keçirilib. Adana Şəhər Təhlükəsizlik İdarəsinin terrorla mübarizə şöbəsinə vilayətdə İŞİD terror təşkilatının on əcnəbi üzvünün olması ilə bağlı məlumat verilib. Keçirilən əməliyyat nəticəsində onlardan yeddisi saxlanılıb. Digər üç nəfərin axtarışları davam edir.