Ukraynadan taxıl və digər ərzaq məhsullarının daşınması üçün Türkiyə dövlətinin təşəbbüsü ilə açılan dəhliz vasitəsilə daha beş gəmi limanlardan yola düşüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, taxıl yüklü gəmilərdən ikisi Yujnı, üçü isə Çornomorsk limanlarından yola çıxıb.
Bundan əlavə, bu gün Ukrayna limanlarına gedəcək dörd gəmi də Birgə Koordinasiya Mərkəzi tərəfindən yoxlanılacaq.