“Zaporojye” Atom Elektrik Stansiyasında qəza baş verərsə, Zaporojye və Dnepropetrovsk vilayətlərindən 400 mindən çox insan məcburi təxliyə ediləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Zaporojye Vilayəti Hərbi Administrasiyasının rəhbəri Aleksandr Staruxa bildirib.
“Əgər biz “Enerhadar” AES-də baş vermiş qəza nəticəsində yarana biləcək 50 kilometrlik məcburi evakuasiya zonasını götürsək, o zaman bu, bizim regionda 200 mindən çox, qonşu Dnepropetrovsk vilayətində isə 200 mindən azdır”, - deyə o qeyd edib.
Aleksandr Starux vurğulayıb ki, belə olacağı təqdirdə, Nikopol, Marqanets, Enerhodar, Vasilyevka, Dneprorud və bir sıra digər yaşayış məntəqələrinin sakinləri təxliyə ediləcək.
Xatırladaq ki, Ukrayna və Rusiya tərəfləri razılaşarsa, BMT MAQATE-nin “Zaporojye” AES-ə missiyasını dəstəkləməyə hazırdır.