Yapon tədqiqatçılar və mühəndislər qrupu tərəfindən tamamilə sintetik plastikdən elektromobil hazırlanıb.
NUHÇIXAN xəbər verir ki, yeni elektromobil sentyabrın 28-də Tokioda ictimaiyyətə təqdim edilib. Onun Nazirlər Kabinetinin rəhbərlik etdiyi innovativ texnologiyalar proqramı çərçivəsində hazırlandığı bildirilir.
Futuristik dizaynda hazırlanan elektromobilin uzunluğu təqribən 4 metrdir. Plastikdən olan innovativ hissələr korpusun 90 faizini təşkil edir. Elektromobil adi maşınlardan 40 faiz yüngüldür.
Mühəndislərin bildirdiyinə görə, avtomobilə lazımi möhkəmliyi vermək üçün bir neçə müxtəlif plastik növü qarışdırılıb.