1999-cu il avqustun 17-də Ankara vaxtı ilə saat 03:02-də Türkiyədə baş verən dağıdıcı zəlzələ qurbanlarının xatirəsi ehtiramla yad edilir. Hadisədən 23 il keçsə də, böyük insan tələfatı ilə nəticələnən zəlzələnin səbəb olduğu yaralar hələ də tam sağalmayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, zəlzələ qurbanlarının əziz xatirəsinə ehtiram əlaməti olaraq yeraltı təkanların baş verdiyi vaxt - gecə saat 03:02-də İstanbul, Yalova və Sakarya şəhərlərində anım mərasimləri keçirilib.
Cəfakeş türk xalqı, o cümlədən təbii fəlakət qurbanlarının doğmaları və əzizləri zəlzələ qurbanlarının xatirəsinə ucaldılmış abidələr önünə gül-çiçək dəstələri düzərək, ehtiramlarını ifadə ediblər. Hadisə nəticəsində həyatını itirənlərin ruhlarına dualar oxunub.