Türkiyənin Şanlıurfa vilayətində terrorçular tərəfindən türk əsgərlərinə edilən hücumdan sonra başlayan cavab əməliyyatı nəticəsində bölgədə zərərsizləşdirilən terrorçuların sayı 22-yə yüksəlib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Məlumatda əməliyyatın davam etdiyi qeyd olunub.
Xatırladaq ki, avqustun 16-da Türkiyənin Şanlıurfa vilayətində yerləşən Çiçəkalan Sərhəd Polis Məntəqəsində terrorçular tərəfindən türk əsgərlərinə minaatanla hücum edilib. Hadisə nəticəsində iki əsgər həlak olub.