Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər edir.
NUHÇIXAN İnformasiya Agentliyi "TRT Haber"ə istinadən bildirir ki, R.T.Ərdoğan Lvov şəhərində BMT Baş katibi Antonio Quttereş və həmkarı Volodimir Zelenski ilə ikitərəfli və üçtərəfli görüşlər keçirəcək.
Liderlərin Ukraynadakı durumu, o cümlədən taxıl ixracı prosesini müzakirə edəcəkləri gözlənilir.