Ukrayna Prezidenti Türkiyə Prezidenti və BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib - YENİLƏNİB - FOTOLAR
Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 18-də Lvov şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreş ilə ikitərəfli görüş keçirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Zelenski teleqram səhifəsində etdiyi paylaşımda Antonio Quterreş ilə görüşdə Ukrayna və BMT-nin taxıl təşəbbüsünün həyata keçirilməsində koordinasiyanı davam etdirmək barədə razılığa gəldiyini yazıb.
Görüşdə “taxıl dəhlizləri” haqqında sazişin mümkün inkişaf istiqamətləri, Rusiya ilə Ukrayna arasında əsir və girovların dəyişdirilməsi, Zaporoyje Atom Elektrik Stansiyasında baş verə biləcək təhlükənin qarşısının alınması məsələləri də müzakirə olunub.
Ərdoğanın Zelenski ilə görüşündə isə Türkiyə-Ukrayna münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsi, “taxıl dəhlizi” məsələsində Türkiyənin rolu, regiondakı son vəziyyət barədə fikir mübadiləsi aparılıb.
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Voolodimir Zelenski və BMT-nin Baş katibi Antonio Quterreşin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi də nəzərdə tutulub.