Avqustun 17-də axşam saatlarında Xarkov şəhərinin Saltovski rayonunda yerləşən üçmərtəbəli yaşayış binasının raket atəşinə tutulması nəticəsində həlak olanların sayı 12 nəfərə çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, həlak olanların hamısı mülki şəxslərdir və onların arasında yaşlı insanlar da var.
Dağıntılar altında qalanların xilasetmə işləri davam etdirilir.