Ermənistanın Fövqəladə Hallar Nazirliyi (FHN) bu il 27 dəfə aldadılıb.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan mətbuatına istinadən xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Ayk Kostanyan bildirib ki, 2022-ci ildə Ermənistanda minalanma ilə bağlı 27 yalan məlumat qeydə alınıb.
"Onların böyük əksəriyyəti e-poçt vasitəsilə qəbul edilib, əksəriyyəti şəhər meriyasının elektron ünvanına göndərilib", - o, jurnalistlərə bildirib.
A.Kostanyan bildirib ki, son iki məlumat Fövqəladə Hallar Nazirliyinin ünvanına daxil olub. Nazirlik rəsmisi əlavə edib ki, hüquq-mühafizə orqanları bu istiqamətdə iş aparır.
A.Kostanyanın sözlərinə görə, elektron məlumatlarda xəbərdarlıqlar xaricdən gəldiyindən çətinliklər yaranır.
Avqustun 2-də saat 18:59-da Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə bütün metro stansiyalarının, “Zvartnots” hava limanının, Baqramyan 19 ünvanının, eləcə də bütün ən mühüm hərbi və mülki obyektlərin minalanması barədə siqnallar daxil olub.
Avqustun 14-də saat 16:00-da siqnal daxil olub ki, bütün metro stansiyalarında, bütün mühüm hərbi və mülki obyektlərdə, bütün ticarət mərkəzlərində, zooparkda, Baqramyan küç. 19 (Milli Məclisin binası) Ermənistan - red.) ünvanında, Müqəddəs Lusavoriç kilsəsində partlayıcı qurğular yerləşdirilib.
Hər iki halda partlayıcı qurğu aşkar edilməyib.