ABŞ Ukraynaya 800 milyon dollarlıq yeni hərbi yardım paketi hazırlayır və bu paket avqustun 19-u cümə günü elan edilə bilər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Cozef Baydenin səlahiyyətləri yardım ayırmaq üçün istifadə olunacaq və ona Amerika arsenalından silah ötürməyə imkan verəcək.
Eyni zamanda mənbələrdən biri yardım elanının gələn həftəyə qədər təxirə salına biləcəyini istisna etməyib. Həmçinin paketin son qiyməti də bir qədər dəyişə bilər.