Türkiyənin Qaziantep vilayətində baş verən zəncirvari avtomobil qəzası nəticəsində azı 15 nəfər ölüb, çox sayda yaralı var.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Qaziantep valisi Davut Gül bildirib.
Hadisə ölkənin Tarsus-Adana-Qaziantep magistralında baş verib.
Hadisə zamanı ölənlərdən ikisi səhiyyə işçisi, üçü yanğınsöndürən, digər ikisi isə Türkiyənin “İhlas” xəbər agentliyinin əməkdaşlarıdır. Qəza nəticəsində sərnişin avtobusu dərəyə aşıb.
Bölgəyə çox sayda təcili tibbi yardım briqadası cəlb olunub.