Türkiyə Prezidenti V İslam Həmrəyliyi Oyunlarının qaliblərini təbrik edib

A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarının qaliblərini təbrik edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə Prezidentinin rəsmi tviter səhifəsində bununla bağlı paylaşım edilib.

Oyunlarda 341 medal qazanan türk idmançıları təbrik edən Prezident Ərdoğan bildirib: “Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarında alın təri tökən, ümumilikdə 341 medal qazanaraq tarixi nəticə əldə edən bütün idmançılarımızı təbrik edirəm. İslam aləminin müxtəlif guşələrindən ölkəmizə təşrif buyurmuş qonaqlarımıza ürəkdən təşəkkürümü bildirmək istəyirəm”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: