Bosniya və Herseqovinanın paytaxtı Sarayevodan keçən Milyaçka çayı qurumaq təhlükəsi ilə üzləşib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ölkədə müşahidə olunan anomal istilər və quraqlıq çayın mənbəyini qurumaq təhlükəsi ilə üz-üzə qoyub.
Mütəxəssislərin fikrincə, son dövrlərdə ölkədə yağıntının miqdarının azalması çaylarda su səviyyəsinin azalmasına, bəzilərinin isə qurumasına səbəb olub.
Paytaxtın mərkəzindən keçən Milyaçkada suyun səviyyəsinin kəskin azalması isə ekosistemə və çaydakı canlılara mənfi təsir göstərir.